28 sentyabr 2015 00:05
Qəbələnin rəqibi yenə də xal itirdi
Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Darmştadt"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, geridə qalan turlarda maksimum nəticə göstərən "Borussiya" ardıcıl ikinci dəfə xal itkisi ilə üzləşir. Bu komanda hazırda 17 xalla ikinci pillədə qərarlaşıb.
