27 sentyabr 2015 22:30
Emil Balayevsiz Ayntraxt xal itirdi
Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Herta" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 9 xalla 11-ci pillədə qərarlaşıb.
