27 sentyabr 2015 20:30
Rüfət Dadaşovun komandası yenə məğlub oldu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Noyştrelits"in qonağı olub. Matç futbolçumuzun komandasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. Amma o, komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
