27 sentyabr 2015 20:00
Nazarov fərqləndi, komandası 1 xal qazandı
Almaniya ikinci Bundesliqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Haydenhaym"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov sonadək mübarizə aparıb. O, qarşılaşmanın 45-ci dəqiqəsində sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Karlsrue" hazırda 8 xalla 14-cü pillədə qərarlaşıb.
