27 sentyabr 2015 14:40
Aleksey Qay: Krasnodarla görüşdə uğur qazana bilərik
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Maraqlı oyun oldu. 3:0 hesablı qələbə qazansaq da, meydanda var gücümüzü qoyduq. Əlbəttə, süni örtüklü meydanda oynamaq bir qədər fərqlidir. Qarşıda "Krasnodar"la Avroliqa matçımız var. Rusiyadakı oyun daha çətin olacaq. Mümkün qədər çox xal toplayıb, qrupdan çıxmaq istəyirik. Öz oyunumuz haqda daha çox düşünməliyik. Eyni zamanda rəqibi də yaxşıca analiz etməyimiz lazımdır. Bu görüşə ciddi hazırlaşacağıq. Fikrimcə, "Krasnodar"la görüşdə uğur qazana bilərik".
