Orxan Əliyev: XL Zirə ilə matçda ancaq qələbəyə oynayacaq
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Orxan Əliyev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşacaqları "Zirə" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə"ni doğma meydanda qəbul edəcəyik. Hamı bilir ki, Lənkərandakı oyunlarda həmişə əla ab-hava olur. Fanatlarımız komandamızı həmişə yaxşı dəstəkləyirlər. Ona görə də biz bu oyunda ancaq qələbəyə oynayacağıq. "Neftçi" ilə oyunda da qələbə qazanmaq istəyirdik, amma qırmızı vərəqə planlarımızı korladı. Buna baxmayaraq, özümüzü itirmədik, cavab qolunu vurmağı bacardıq. İkinci qolu vurub, qələbə də qazana bilərdik. Yayda klubumuz yaxşı transferlər həyata keçirmişdi. Həmin heyətlə çempionluq uğrunda mübarizə apara bilərdik. Amma FİFA-nın qoyduğu qadağa səbəbindən indiki heyətlə mübarizə aparmaq məcburiyyətində qalmışıq. Digər klublara keçən yeni transferlərimizə yalnız uğurlar arzulayıram".
