27 sentyabr 2015 14:00
Slavik Alxasov Sumqayıtın heyətində 100-cü oyununa çıxıb
Topaz Premyer Liqasının 6-cı turunda baş tutan "Sumqayıt" - AZAL oyunu meydan sahiblərinin üzvü Slavik Alxasov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, 1993-cü il təvəllüdlü müdafiəçi "Sumqayıt"ın heyətində 100-cü oyununa çıxıb.
Bununla əlaqədar olaraq qarşılaşmadan əvvəl futbol veteranı Telman Salahov Slavikə üzərində 100 yazılı futbol geyimini hədiyyə edib.
