27 sentyabr 2015 12:20
Subaşiçin komandası doğma meydanda qalib gəldi
Serbiya Super Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Spartak Subotiça" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Branimir matçın 63-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 9 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.
