27 sentyabr 2015 12:00

Anyete: Qarabağın bizimlə oyunda gücünə qənaət etdiyini düşünmürəm

"Neftçi"nin hücumçusu Anyete Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Maçtla bağlı fikirlərinizi bilmək istərdik...
- Biz bu oyunda qələbəyə layiq idik. Nə baş verdiyini hamı gördü. Rəqib güclü idi. Amma buna baxmayaraq, biz yaxşı futbol nümayiş etdirdik.

- Matçın son dəqiqəsində penalti var idi?
- Orada penalti yox idi. Ən azından mən belə düşünürəm.

- "Nefçi"nin xeyli qol şansını boşa verməsinə nə səbəb oldu?
- Şəxsən mənim qol vurmaq şansım olmadı. Ona görə də bu barədə danışa bilmərəm.

- Araz Abdullayevin zədələnərək meydanı tərk etməsi oyununuza təsir etdi?
- Araz bizim üçün vacib oyunçudur. Amma əvəzetmələrimiz də özünü doğrultdu. Biz meydanı tərk edənlərin yoxluğunu hiss etmədik.

- "Neftçi"nin futbolçuları qol vurandan sonra tez-tez yerdə qalırdı. Vaxt öldürürdünüz?
- Bu barədə çox danışmayacağam. Belə təkcə bizdə olmur. Bizə qarşı da belə oynayırlar.

- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı Belçika "Anderlext"i ilə oyuna görə sizə qarşı tam güclə oynamadığı bildirilir. Bu fikrə münasibətiniz necədir?
- Mən bu fikirlə razılaşmıram. Onların qarşısındakı "Neftçi" idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.