27 sentyabr 2015 11:40
Əsgərovun qolu komandasına qələbə qazandırmadı
Latviya 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Valmieras"la qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşün 5-ci dəqiqəsində hesabı açıb. O, 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda qısa müddət ərzində 14-cü qoludur. Onun komandası isə 50 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
