27 sentyabr 2015 11:20
İsrafilov oynadı, Eybar ev oyununda xal itirdi
İspaniya La Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Selta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu dəfə heç-heçəyə imza atıb - 1:1. İsrafilov qarşılaşmanın 69-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Eybar" hazırda 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
