27 sentyabr 2015 11:00
Yığmamızın futbolçusu 90 dəqiqə oynadı, komandası uduzdu
Almaniya Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə Münhenqladbax "Borussiya"sının U-23-ü ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 13 xalla 19 klub arasında 11-ci pillədə qərarlaşıb.
