27 sentyabr 2015 00:10
Rəşad Sadıqov: Qarabağ qol buraxana qədər pis çıxış etdi
"Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Çox gərgin qarşılaşma oldu. Fikrimcə, oyun hər iki komandanın azarkeşlərinin xoşuna gəldi. Biz "Neftçi"ni analiz etmişdik. Özünüz də gördünüz ki, rəqib bu gün çox pressinq edirdi, sonadək mübarizə apardı. Biz isə buraxılan qola qədər çox pis oynadıq. Yalnız ondan sonra qol vəziyyətləri yaratmağa başladıq. Düzünü deyim ki, "Anderlext"lə oyunu elə də düşünmürdük. Belçikalılarla görüşü sabahdan (bu gün) etibarən düşünməyə başlayacağıq. İki cəbhədə mübarizə aparmaq çətindir. Bu, çempionatdakı çıxışımıza təsirsiz ötüşmür". (СВС)
