27 sentyabr 2015 00:05
Anyete: Azərbaycanda futbolu inkişaf etdirmək istəyirlərsə, belə hakimlərə yer olmamalıdır
"Neftçi"nin hücumçusu Anyete Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz yaxşı oynadıq və qələbəyə layiq idik. Qələbə qazanmağımıza azacıq nəsə çatmadı. Matçın sonunda nə baş verdiyini hər kəs gördü. Öz fikirlərimi söyləsəm, məni cəzalandıra bilərlər. Amma onu deməliyəm ki, Azərbaycanda futbolun inkişafını istəyirlərsə, belə hakimlərin meydana çıxmasına imkan verilməməlidir. Hər şey əla idi, bircə matçın sonundakı epizod istisna olmaqla".
