27 sentyabr 2015 00:00

Çingiz Abdullayev: Neftçi yüz faiz Qarabağla matçın qalibdir

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Mən 91-ci dəqiqədə "Neftçi"nin qapısına təyin olunmuş penaltini qəbul etmirəm. Biz bu gün qələbə qazandıq. Siz özünüz də hər şeyi gördünüz. Siz futbol jurnalistləri gördüklərinizi düzgün yazmalısınız. Şəxsən mən 100 faiz qələbə qazandığımızı düşünürəm. Oyundan sonra həmin penalti epizoduna da baxdım. Biz bu epizodla bağlı şikayət edəcəyik. Bu gün səfərdə oynayırdıq. Amma göstərdik ki, yaxşı futbol sərgiləyə bilərik. Matçdan öncə "Neftçi"nin şansının olmadığını deyirdilər. Hamı "Qarabağ"ın böyük klub olduğunu, Avropa Liqasında çıxış etdiyini danışırdı. Düzdür, yaxşı komandadır. Mənim də xoşuma gəlir. Amma "Neftçi" bu gün daha yaxşı oynadı.

- Sizə elə gəlmir ki, "Qarabağ" gücünü Avroliqada qarşılaşacağı "Anderlext"lə oyuna saxlayırdı?
- Mən buna inanmıram. Yaxşı yazıçı pis nəsə yazmaz. Messi oyunlara gücünə qənaət etmək üçün çıxmır ki. "Qarabağ" yaxşı oynadı, amma "Neftç" daha da yaxşı oynadı. Siz məgər bunu görmədiniz? Onda "Neftçi"nin yaxşı oynamadığını yazarsınız.

- Sizcə, hakimlik ümumiyyətlə zəif idi, yoxsa təkcə matçın sonundakı epizodda yanlışlıq olduğunu düşünürsünüz?
- Mən penalti epizodunu götürürəm. Bütün peşəkarların həmin məqama baxmasını istərdim. Sizin yazıları gözləyirəm. Doğru yazmaq istəyirsinizsə, onda "Neftçi"nin "Qarabağ"dan zəif olmadığını yazın. "Qarabağ" yeni stadion inşa etdirib. Mən də, Ağdamın yarıdan çoxu da həmişə bu komandaya azarkeşlik edir. Qoy "Qarabağ" hamıya qalib gəlsin, bircə "Neftçi"dən başqa. Mən bunu qəbul edə bilmərəm. Çox şadam ki, gənc futbolçularımız, məşqçimiz var. 2-3 il sonra komandamızın daha yaxşı nəticələr qazanacağına əminəm.

- Sizcə, "Neftçi" bu mövsüm çempion ola bilər?
- "Neftçi" həmişə birinci yer uğrunda oynamalıdır. Belə oyunla niyə də çempion olmamalıyıq? Əminəm ki, komandamız bundan sonra da belə yaxşı oynayacaq. Biz rəhbərliyə gələndən sonra çox dəyişiklik olub. O vaxt yığmamızın baş məçqçisi Robert Prosineçkidən xahiş etdik ki, milliyə komandamızdan heç olmasa bir futbolçu dəvət etsin. Amma indi yığmalara 9 futbolçu veririk. Bu barədə yazan yoxdur. Biz gələcəyi düşünürük, 18 yaşlı futbolçular üçün şərait yaratmağa çalışırıq. Kubokun finalında "Qarabağ"a uduzduğumuz oyunu yada salın. Həmin oyunla indiki matçı müqayisə edin. Lakin bunun əvəzində klubumuz haqda doğru olmayan məlumatlar yazırlar. Oktyabrın 1-də "Qarabağ"ı dəstəkləyəcəyəm. Avroliqada iki klubumuzun mübarizəni davam etdirməsinə biz də sevinirik. Çünki bu, ölkəmizin, ölkə futbolunun uğurudur. Buna necə sevinməmək olar?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.