26 sentyabr 2015 22:00

Qurban Qurbanov: Şehiçin səhvinə normal yanaşmaq, onun üstünə çox getmək lazım deyil

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Hər birinizi salamlayıram. Yeni stadionumuzda sizi gördüyüm üçün şadam. Yeni stadionumuzda ilk oyunumuz idi. Ola bilər ki bir qədər həyəcanlı görünürdük.  “Neftçi”yə təşəkkür edirəm. Onlara təbrik düşür. Öz oyunumuza gəldikdə, ehtimal ki, bəzi oyunçularımız matça tam hazır deyildilər. Bunun fonunda nəticədən razıyam. Biz Gəncədə şahid olduq ki, çempionatda asan oyun yoxdur. Odur ki, matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik. Düşünürəm ki, “Anderlext”lə oyuna hazırlaşmaq üçün vaxtımız var. Şehiçin səhvinə normal yanaşmaq, onun üstünə çox getmək lazım deyil. Çünki dünyanın 1 nömrəli qapıçıları da belə səhvlər edirlər. Bəzən olur ki, hücumçu 1 metrdən qol vura bilmir, bəzən də qapıçı belə asan qollar buraxır. Məncə, Şehiç öz üzərində çalışan qapıçıdır. Gələcək oyunlarda daha diqqətli davranacağına ümidvaram. Hər bir ölkədə limitlə bağlı dəyişiklik var. Hər uğursuz oyundan sonra legionerlərin azlığını qabartmaq olmaz. Mən əlimdə olan hər bir oyunçuya güvənirəm. Bəli, bəzən limitə görə orta sahədə tam istədiyim dəyişikliyi edə bilmirəm. Sadəcə, onu deyim ki, hazır olan futbolçunu meydana buraxıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.