26 sentyabr 2015 15:30
Mirhüseyn Seyidov: Liderlərdən geri qalmamaq üçün qələbə qazanmağımız vacib idi
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:
"Kəpəz"lə oyun heç də asan keçmədi. Onların çoxlu gənc futbolçusu var. Meydanda layiqli mübarizə aaprdılar. Şahin Diniyev yaxşı komanda yaradıb. Birinci hissədə yaxşı oyun sərgiləyə bilmədik. Bunu baş məşqçimiz də qeyd etdi. İkinci hissədə isə daha yaxşı oynadıq. Liderlərdən geri qalmamaq üçün qələbə qazanmaq çox vacib idi. Qarşıda "Qarabağ"la oyun var. Avropa Liqasının qrup mərhələsində çıxış edən komandaya qarşı mübarizə aparacağıq. Asan olmayacaq. Amma özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq".
