26 sentyabr 2015 14:30
Rəşad Eyyubov: Kəpəzin İnterə qarşı oyununu hər kəs bəyəndi
"Kəpəz"in yarımmüdafiəçisi Rəşad Eyyubov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oyun oldu. Fikrimcə, sərgilədiyimiz oyunu hər kəs bəyəndi. Amma təəssüf ki, yaxşı oyun sərgiləmək azdır, nəticə də qazanmaq lazımdır. Ötən gün də bizə məhz nəticə lazım idi ki, buna nail ola bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq".
