26 sentyabr 2015 12:30

Qarabağın yeni stadionuna Azərsun Arena adı verildi

"Qarabağ" bu gün Premyer Liqanın 6-cı turu çərçivəsində "Neftçi"ylə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu əzəli rəqibini inşasını demək olar ki, başa çatdırdığı və beynəlxalq standardlara cavab verən yeni stadionunda qəbul edəcək.

Artıq bu yeni stadionun adı da məlumdur. Belə ki, klubun rəsmi saytının yaydığı məlumata görə, klub rəhbərliyi idman qurğusuna "Azərsun Arena" adını verib.

Məlum olduğu kimi, baza və stadionun inşası iri həcmli layihə olduğu üçün hansısa çatışmazlıqların olması labüddür. Məhz bu məqsədlə "Qarabağ" üçün inşa edilmiş "Azərsun Arena"nın rəsmi açılışdan öncə baza-stadionda olan çatışmazlıqlar öyrənilməsi, mümkün təkmilləşdirmə yönündə alternativləri öyrənmək üçün Azərbaycan derbisi məhz adıçəkilən stadionda keçiriləcək. Qarşılaşmanın rəsmi açılışdan öncə bir növ sınaq xarakteri daşıyır. Ağdam klubu hər kəsi Suraxınıya, yeni inşa edilmiş stadiona - "Azərsun Arena"ya ilk matça dəvət edir.

Qeyd edəki ki, qarşılaşma 19:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.