26 sentyabr 2015 11:30
Neftçinin yeni braziliyalısı Qarabağa qarşı oynaya biləcək
"Neftçi"nin yenicə transfer etdiyi Jayro Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində bu gün keçiriləcək "Qarabağ"a qarşı oyunda meydana çıxa bilər. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq braziliyalı futbolçunu Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş ərizəsinə də daxil edib.
İki həftədən çoxdur komanda ilə birgə məşq edən müdafiəçi məşqçilər korpusunun etimadını qazana bilib. Bu üzdən də baş məşqçi Samir Əliyevin onu "Qarabağ"la görüşdə meydana buraxması istisna olunmur.
