26 sentyabr 2015 00:45
Sergey Zenyov: Biz yaxşı oynadıq və layiqli 3 xal qazandıq
"Qəbələ"nin yarımmüdafiəçisi Sergey Zenyov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Biz yaxşı oynadıq və layiqli 3 xal qazandıq. Bu, "Krasnodar"la matç öncəsi yaxşı motivasiya olacaq. Yeri gəlmişkən, qazon elə də yaxşı vəziyyətdə deyildi. Amma belə bir qələbə qazandığımız üçün çox şadam".
