26 sentyabr 2015 00:30

Dieqo Martins: İnter liderlərlə rəqabət apara bilər

"İnter"in yarımmüdafiəçisi Dieqo Martins Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Kəpəz" üzərində qazandığınız qələbə barədə nə deyə bilərsiniz?
- Qələbə qazansaq da, buna çox çətinliklə nail olduq. "Kəpəz" bizə qarşı ciddi oyun sərgilədi. Bu görüşdə nəticə qazanmaq bizim üçün vacib idi. Belə oyunlarda üç xal qazanmaq lazımdır.

- Matçdakı yeganə qolu siz vursanız da, həm də antiqəhrəman oldunuz. Çünki matçın sonlarında qırmızı vərəqə aldınız...
- (gülür) Birinci sarı vərəqəyə etirazım yoxdur. Hakim düzgün qərar qəbul etmişdi. Amma ikinci epizodda rəqib futbolçu mənim ayağıma zərbə endirdi. Ona görə də ikinci sarı vərəqə ilə razı deyiləm.

- Əksəriyyət bu mövsüm çempionluq uğrunda "Qarabağ"la "Qəbələ"nin mübarizə aparacağını düşünür. Amma sizin klub da inamlı çıxış edir. "İnter" bu cütlüklə rəqabət apara biləcək?
- Ümid edirəm ki, biz bu komandalarla çempionluq uğrunda mübarizə apara biləcəyik. Bunu çox istəyirəm. Komandamız yaxşı heyətə malikdir, bu klublarla rəqabət apara bilər. Elə bu yaxınlarda "Qəbələ"yə qalib gəldik. Bu, nədənsə xəbər verir.

- Bu, sizin cari mövsümdə vurduğunuz üçüncü qoldur. Debütant yarımmüdafiəçi üçün heç də pis nəticə deyil...
- Şadam ki, siz bunu qiymətləndirirsiniz. Bəli, bu mənim üçün yaxşı startdır. Bu tempdə də davam etmək istəyirəm. Amma əsas komandanın uğur qazanmasıdır.

- Bombardir olmaq şansınız var?
- Bu, mənim üçün çətin olacaq. Çünki yarımmüdafiəçiyəm. Amma belə hər bir futbolçu daha çox qol vurmaq istəyər.

- Uğurlu çıxışınız daha iddialı və imkanlı klubların diqqətini çəkməmiş deyil. Başqa klublara keçmək arzunuz var?
- İndi bu haqda danışmaq mənim üçün çətindir. Mən daim önümə baxıram və inkişaf etmək istəyirəm. Heç vaxt "heç vaxt" demirəm. Sabah nə olacağını deyə bilmərəm. Sabah daha güclü klubda oynamaq imkanı qazana bilsəm, buna ancaq sevinərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.