26 sentyabr 2015 00:05
Dodo: Qələbə qazanmaq üçün əlimizdən gələni etdik
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Bu oyun öncəsi məşqlərdə çox əziyyət çəkmişdik. Ona görə qələbə qazandığımıza görə şadam. Biz gözəl futbol sərgilədik. Mənim əvəzlənməyimə gəlincə, fikrimcə, baş məşqçimiz Avropa Liqasının qrup mərhələsində keçirəcəyimiz növbəti oyunu düşündüyünə görə belə qərar verdi".
