25 sentyabr 2015 22:45
Emin Quliyev: Müdafiə xəttində problemlərimiz var
"Rəvan"ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qəbələ” komandasını təbrik edirəm, onlara uğurlar arzu edirəm. Xüsusən də müdafiə xəttində problemlərimiz var. Hazırlıq zamanı həmin problemlər artıq görünürdü”.
