25 sentyabr 2015 15:45
Qarabağ Neftçini yeni arenasında qəbul edəcək
Topaz Premyer Liqasının 6-cı turunun "Qarabağ" - "Neftçi" matçının harada keçiriləcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma Ağdam klubunun yeni inşa etdirdiyi "Qarabağ Arena"da baş tutacaq.
Qarşılaşma sabah - sentyabrın 26-da keçiriləcək. Matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Ağdam klubu öncədən də "Neftçi"ni bu arenada qəbul etmək istəyirdi. Amma Peşəkar Futbol Liqası arenanı bu qarşılaşmaya hazır hesab etmədiyindən buna razılıq verməmişdi. Görünür, tərəflər arasındakı sonrakı danışıqlar bəhrəsini verib və matçın bu arenada keçirilməsi qərara alınıb.
