25 sentyabr 2015 15:30
Ürfan Abbasov: Krasnodara qarşı ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Krasnodar"ına qarşı səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oynamağa çalışacağıq. İnanıram ki, yaxşı oynasaq, müsbət nəticə də qazana bilərik. Səfərdə bu rəqibdən xal almaq üçün necə oynamaq lazım olduğunu baş məşqçimiz daha yaxşı bilir. O, bizə hər şeyi izah edəcək. Biz isə onun tapşırıqlarını yerinə yetirməyə çalışacağıq".
