25 sentyabr 2015 12:00
Zaur Svanadze: İnter üçün kimə qarşı oynamağın fərqi yoxdur
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itkilər var. Qarşıdakı görüşdə də əvvəlki oyunlardakı qədər çətin olacaq. Amma kiminlə oynamağımızın elə də böyük fərqi yoxdur. Premyer Liqanın bütün klubları xal uğrunda sonadək mübarizə aparır. Yaxşı futbol sərgiləyib, "Kəpəz"i məğlub etməyə çalışacağıq".
