25 sentyabr 2015 00:45
Emin Quliyev: Qəbələ ilə matçda komandamdan yaxşı oyun gözləyirəm
"Rəvan"ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itkilər var. Buna baxmayaraq, uşaqlara inanıram. Biz hələ 90 dəqiqə ərzində yaxşı futbol nümayiş etdirə bilmirik. Bunun üçün axsadığımız mövqelərdə rəqabətin artmasına ehtiyac var. Komandadan yaxşı oyun gözləyirəm. Rəqib güclü və təhlükəlidir. Ümid edirəm ki, ən azından əvvəlki oyunlarda buraxdığımz səhvləri təkrarlamayacağıq".
