25 sentyabr 2015 00:30

Topaz Premyer Liqasında 6-cı tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 6-cı tura start veriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək tur “Qarabağ”la “Neftçi” arasında qarşılaşma ilə əlamətdar olacaq. Ölkə çempionatlarının daimi iştirakçıları turun mərkəzi oyununda üz-üzə gələcək.

Turun açılış matçında “İnter” “Kəpəz”i qəbul edəcək. Bu komandalar arasındakı görüşlərdə bakılıların böyük üstünlüyü var. Belə ki, paytaxt təmsilçisi əvvəlki 18 oyundan 12-də qələbə qazanan tərəf olub. Cəmi 4 dəfə "Kəpəz" qalib gəlibsə, 2 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqi də bakılıların xeyrinədir - 38:18. “İnter” bu komandaya qarşı keçirdiyi son 3 qarşılaşmada qalib gəlib. “Kəpəz” isə 5 oyundur bu rəqibinə qalib gələ bilmir. Paytaxt təmsilçisi tarixi ərzində evdə gəncəlilərə uduzmayıb. Bu dəfə həmin ənənənin pozulub-pozulmayacağı maraqla gözlənilir.

Günün digər matçı “Rəvan”la “Qəbələ” arasında baş tutacaq. Tərəflərin əvvəlki 8 oyununda bölgə təmsilçisi daha çox qələbə qazanıb - 5 dəfə. "Aslanlar" 2 dəfə belə uğura imza atdığı halda, cəmi 1 dəfə komandalar meydanı heç-heçə ilə tərk ediblər. Top fərqi də "Qəbələ"nin xeyrinədir - 16:8. “Rəvan” ümumiyyətlə, son 5 qarşılaşmada bu komandaya qalib gəlməyib. “Qəbələ” isə səfərdəki bütün matçlarda qələbə qazanıb. Elə bu oyunda da Roman Qriqorçukun komandasının qələbə qazanmaq ehtimalı yüksək qiymətləndirilir.

İkinci oyun günündə də iki görüş baş tutacaq. “Sumqayıt” AZAL-la qarşılaşacaq. Bu klubların əvvəlki 16 oyununda "təyyarəçilər"in üstünlüyü var. 6 dəfə AZAL, 3 dəfə isə "Sumqayıt" qələbəni bayram etməyi bacarıb. Qalan 7 qarşılaşmada isə qalib müəyyənləşməyib. Elə top fərqi də şüvəlanlıların xeyrinədir - 23:17. AZAL son 4 qarşılaşmada sumqayıtlılara uduzmayıb. “Sumqayıt” isə son 6 ev görüşündə yalnız 1 dəfə qələbə qazanıb.Tərlan Əhmədovun komandası münasib rəqiblə görüşdə cari mövsümdə ilk dəfə xal qazana bilər. Aqil Məmmədovun çalışdırdığı "Sumqayıt" isə əvvəlki oyunlarının hamısında uduzmuş "təyyarəçilər"lə görüşdə ilk qələbəsini rəsmiləşdirə bilər.

Turun mərkəzi oyununda son çempion və lider “Qarabağ” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisi adı verilən bu komandaların oyunlarında ağdamlıların kiçik də olsa, üstünlüyü var. Belə ki, əvvəlki 60 oyundan 20-də "Qarabağ" qalib gəlibsə, "Neftçi" 17 dəfə oxşar uğura imza atıb. 23 dəfə isə tərəflər meydanı heç-heçə ilə tərk ediblər. Top fərqində də Ağdam klubunun cüzi üstünlüyü diqqət çəkir - 59:57. “Qarabağ” son 8 qarşılaşmada əzəli rəqibinə uduzmayıb. “Neftçi” bu qarşılaşmalarda cəmi 3 xal əldə edib. Ağdam təmsilçisinin son 5 ev oyunundan 4-də hər iki komanda qol vurub. Qurban Qurbanovun komandası zirvədəki mövqeyini möhkəmləndirmək üçün bu görüşdən də qalib ayrılmağa çalışacaq. Samir Əliyevli "Neftçi" isə iddialı olduğunu göstərməyə cəhd göstərəcək.

Turun qapanış matçında “Xəzər Lənkəran” “Zirə”ni qəbul edəcək. Bu komandalar indiyədək qarşılaşmayıblar. Amma tərəflərin ilk duelinin maraqlı keçəcəyini güman etmək olar. Məsələ burasındadır ki, debütant olmasına baxmayaraq, mövsümə çox yaxşı başlayan zirəlilər növbəti qələbəsini qazanmaqla üst pillələrdəki mövqeyini yaxşılaşdırmağa çalışacaq. Amma cənublular da mövcud problemlərə baxmayaraq, doğma meydanda qələbə, ən azı 1 xal qazanmağı hədəfləyiblər.

Topaz Premyer Liqası
6-cı tur

25 sentyabr (cümə)

19:00. “İnter” - “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “İnter Arena”.

20:00. “Rəvan” - “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bayıl Arena”.

26 sentyabr (şənbə)

19:00. “Sumqayıt” - AZAL
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Qarabağ” - “Neftçi”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Gülağa Cabarov.

27 sentyabr (bazar)

21:00. “Xəzər Lənkəran” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

Bombardir:
3
- Rahid Əmirquliyev ("Xəzər Lənkəran")

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.