24 sentyabr 2015 20:00
Qəbələ Rəvana qalib gəldi, İnter Kəpəzə uduzdu
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 6-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Bu gün keçirilən görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb.
Əvəzedicilərin çempionatı
6-cı tur
24 sentyabr
“Rəvan” - “Qəbələ” - 1:3
Qollar: Cavad Kazımov, 88 - Emin Zamanov, 23-pen. Roman Hüseynov, 35. Bəhlul Mustafazadə, 51.
“İnter” - “Kəpəz” - 0:1
Qol: Sahib Abbasov, 39.
