24 sentyabr 2015 15:00

Şəhriyar Rəhimov: Qarabağla matçın taleyini penalti həll etdi

"Kəpəz"in yarımmüdafiəçisi Şəhriyar Rəhimov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, "Qarabağ" Gəncəyə birbaşa Londondan, çətin "Tottenhem" oyunundan sonra gəlir. Bundan istifadə edib, yaxşı nəticə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Oyunun "Qarabağ"ın üstünlüyü şəraitində keçdiyini deməzdim. Bərabər səviyyəli oyun idi. Matçın taleyini böyük ölçüdə birinci hissədə bizim qapımıza təyin olunan penalti həll etdi. Həmin epizoda qədər "Qarabağ" təhlükəli vəziyyət yarada bilmirdi".

Rəhimov "Qarabağ"ın qapısına vurduğu ikinci qolun müəllifi olmasına da münasibət bildirib: "Əlbəttə, hər bir futbolçu qol vurmaq istəyir. Təəssüf ki, vurduğum qol komandama heç nə qazandırmadı".

"Kəpəz"in futbolçusu baş məşqçiləri olan Şahin Diniyevin rəqib komandada çıxış edən oğlu Coşqun Diniyevin dəqiq yerinə yetirdiyi penaltidən də danışıb: "Bu, futboldur. Coşqun öz komandasına fayda verməyə çalışırdı. Bunda təəccüblü heç nə yoxdur. Dünya təcrübəsində oğulun atasının və ya qardaşın qardaşa qarşı oynaması hallarına tez-tez rast gəlmək olur".

Penalti epizodlarında "Qarabağ"a məxsus olmasına baxmayaraq, "Kəpəz"də icarə əsasında çıxış edən Şəhriyar Əliyevin "xidməti"nə toxunan futbolçu bunları söyləyib: "Sabah Şəhriyarın yerində başqa futbolçu da ola bilər. Matçı tək Şəhriyar yox, bütün komanda uduzdu. Belə səhvlərdən heç kim sığortalanmayıb. Ola bilsin ki, bu oyunda özünü yaxşı tərəfdən göstərə bilmədi. Mümkündür ki, çox emosional imiş".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.