24 sentyabr 2015 14:40
Roman Qriqorçuk: Yaxşı futbolla qalib gəlmək istəyirik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında ukraynalı mütəxəssis bunları söyləyib:
"Rafael istisna olmaqla, heyətdə itki yoxdur. Komandanın qələbəyə kökləndiyini hiss edirəm. Yaxşı futbol nümayiş etdirib, qələbə qazanmağa çalışacağıq. Asan olmayacaq. Bizə indi istənilən rəqiblə oynamaq çətindir. Məsələn, "Sumqayıt" üzərində çətinliklə qələbə qazandıq. Sabah da çətin olacaq. Hər bir rəqib bizə qarşı oyuna xüsusi köklənir. Bu isə bizim özümüzü də yaxşı oynamağa məcbur edir".
