24 sentyabr 2015 14:00
UEFA nümayəndələri Əlincə stadionunda
Ölkəmizdə 2016-ci ildə təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri Bakıda səfərdədir. Azerisport.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar “Əlincə” futbol klubunun təlim-məşq bazası ilə tanış olub və "Əlincə" stadionuna baxış keçiriblər. Klubun icraçı direktoru Ceyhun Abbasov qonaqlara klub infrastrukturu ilə bağlı məlumat verərək, meydançalara baxış zamanı onları müşayiət edib.




