24 sentyabr 2015 12:40

Elvin Yunuszadə: Qarabağ öz işini görür, izləyicilərimiz isə tez-tez dəyişir

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 5-ci turunda "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Beş turdan sonra "Qarabağ" 13 xalla turnir cədvəlinin ilk pilləsindədir. Bu, sizi qane edir, ya baş məşqçi Qurban Qurbanov narazıdır?
- Əlbəttə, bizim də səhvlərimiz olur. Amma əsas odur ki, baş məşqçi bizə güvənir. Bu, bizə əlavə stimul verir.

- Futbol ictimaiyyəti, azarkeşlər artıq yeni mövsümdə də "Qarabağ"ın çempion olacağını proqnozlaşdırır...
- Çempion olmaq asan deyil. Amma biz çempionatın qalibi olmaq üçün əlimizdən gələni edəcəyik.

- Hazırda sizi "İnter", "Qəbələ" və "Zirə" izləyir. Sizcə, bu komandalar çempionluq yolunda "Qarabağ"la baş-başa mübarizə apara biləcək?
- İndidən nəsə demək çox çətindir. İzləyicilərimiz tez-tez dəyişir. Amma biz istənilən halda öz işimizi görürük.

- Əvvəlki mövsümlərdə "Qarabağ" elə də geniş heyətlə mübarizə aparmırdı. Amma bu mövsüm tam fərqli vəziyyət var. Bu, sizin üç cəbhədə - çempionatda, ölkə kubokunda və Avropa Liqasında uğur qazanmağınıza əlavə stimul yaradır?
- Komandada hər mövqe üzrə çox güclü rəqabət var. Hər mövqeyə 2-3 futbolçu iddia edir. Bu amil komanda üçün çox önəmlidir.

- "Kəpəz"ə çətinliklə də olsa, qalib gələ bildiniz. Bu qələbəni necə şərh edə bilərsiniz?
- Bu oyunda xarakter göstərdik, sonadək mübarizə apardıq. Layiqli üç xal qazandıq. Meydança çox pis vəziyyətdə idi, ona görə də öz oyunumuzu tam istədiyimiz kimi göstərə bilmədik. Amma əsas üç xalı qazanmaq idi. Bizim üçün hər oyunda qələbə qazanmaq vacibdir.

- Matça Reynaldosuz başlamaq sizə problem yaratmadı?
- Qurban Qurbanov elə komanda yaradıb ki, istənilən futbolçu digərini əvzələyə bilər. Amma şübhəsiz ki, Reynaldo komandamız üçün önəmli fiqurdur.

- "Kəpəz"in qapısına təyin olunan ilk penaltini Coşqun Diniyevin vurması sizi təəccübləndirmədi?
- O, yaxşı mənada özünü atasına göstərməliydi. Coşqun bu oyunda bütövlükdə yaxşı çıxış etdi. Onu bu münasibətlə təbrik edirəm.

- "Qarabağ"ın Avroliqanın qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"i ilə ilk oyunundan xalsız qayıtmasına nə səbəb oldu?
- Konkret səbəb yox idi. Sadəcə, alınmadı. Amma biz bu görüşdə ən azı bir xal qazana bilərdik.

- Növbəti rəqib Belçika "Anderlext"idir...
- Çətin qrupa düşmüşük. Öncədən nəsə demək çətindir. Allag eləsin ki, "Qarabağ" nəyə qadir olduğunu göstərə bilsin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.