24 sentyabr 2015 12:00
Millimizin sabiq futbolçusu oynamadı, komandası kubokdan kənar qaldı
Türkiyə Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də kubokda ilk matçına çıxıb.
Sözügedən klub doğma meydanda aşağı liqa təmsilçisi "Tuzlaspor"la qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən aşağı liqa təmsilçisi 4:3 hesabıyla qalib gələrək, futbolçumuzun komandasını kubokdan kənarlaşdırıb. Baş məşqçi Hakan Kutlu əsas heyət oyunçularından olan Budağın adını bu matçın iştirak ərizəsinə daxil etməyib.
