24 sentyabr 2015 11:20
İsrafilov oynamadı, Eybar xal itirdi
İspaniya La Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Levante" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu dəfə heç-heçəyə imza atıb - 2:2. İsrafilov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Eybar" hazırda 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
