24 sentyabr 2015 02:00
Qəbələnin rəqibi ilk dəfə xal itirdi
Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Hoffenhaym"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, geridə qalan turlarda maksimum nəticə göstərən "Borussiya" ilk dəfə xal itkisi ilə üzləşdi. Bu komanda hazırda 16 xalla ikinci pillədə qərarlaşıb.
