24 sentyabr 2015 01:00
Qarabağın rəqibindən uğurlu start
Belçika Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Anderlext" də yeni mövsümdə ilk kubok matçını keçirib.
Sözügedən komanda öz meydanında "Spouven-Mopertingen"lə qarşılaşıb. Oyun ağdamlıların rəqibinin 3:1 hesablı qələbəsiylə başa çatıb. Nəticədə, "Anderlext" 1/8 finala vəsiqə əldə edib.
