24 sentyabr 2015 00:30
Vitali Borisov: Oyuna nəzarət tam bizim tərəfimizdə idi
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov AÇ-2016-nın pley-off mərhələsində Slovakiyaya qarşı keçirdikləri cavab oyunundan (1:1, ilk oyun 3:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, Azərbaycan yığmasının AÇ-nin final mərhələsinə dördüncü vəsiqəsidir. Belə böyük turnirdə oynamaq həmişə xoşdur. Slovakiya ilə cavab oyununa gəlincə, qələbə qazana bilərdik. Bunun üçün kifayət qədər qol vəziyyətlərimiz də oldu. Biz hətta rəqib hesabı bərabərləşdirəndən sonra da oyuna tam nəzarət edən tərəf idik Müdafiədə inamlı oynadıq və layiqli olaraq bu komandanı mübarizədən kənarlaşdırdıq".
