24 sentyabr 2015 00:10
Kəpəz slovakiyalı müdafiəçi ilə maraqlanır
Slovakiyalı müdafiəçi İvan Pexa karyerasını "Kəpəz"də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev onu öz komandasında görmək istəyir.
Qeyd edək ki, Pexa artıq Diniyevin rəhbərliyi altında çıxış edib. Belə ki, o, "Rəvan"da bu mütəxəssislə birgə çalışıb.
Maraq üçün xatırladaq ki, Pexa karyerası ərzində "Xəzər Lənkəran"da da çıxış edib.
