23 sentyabr 2015 16:40
Prosineçki bir köməkçisini Almaniyaya, digərini Rusiyaya göndərir
Azərbaycan milli komandasının məşqçisi Qordan Tsipriç millinin üzvü Toğrul Eratın çıxışını izləmək məqsədilə sentyabrın 26-da Münxenqladbax şəhərində keçiriləcək “Borussiya-2” (Münxenqladbax) - “Fortuna-2” (Düsseldorf) oyununa baxacaq. Azerisport.az xəbər verir ki, baş məşqçinin digər köməkçisi Elxan Abdullayev isə oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Krasnodar” (Rusiya) – “Qəbələ” oyununu izləmək üçün qonşu ölkəyə yollanacaq.
