Zaur Axundov: Ümid edirik ki, UEFA karikatura ilə bağlı bir tədbir görəcək
Azərbaycan futzal federasiyasının prezidenti Zaur Axundov Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya ilə səfər matçı üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturasının əks olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bununla bağlı narazılığımı yerindəcə UEFA rəsmilərinə, slovakiyalılara bildirdim. Artıq UEFA-ya rəsmi məktub da ünvanlamışıq. Ümid edirik ki, ali qurum bununla əlaqədar bir tədbir görəcək. Slovakiya Futbol Federasiyasının rəsmiləri buna görə özlərinə haqq qazandırmaq istəyirdilər. Amma biz öz narazılığımızı onlara ciddi şəkildə bildirdik. Qeyd etdik ki, biz onlara qarşı Bakıda heç bir pis münasibət göstərməmişdik".
