Ramin Musayev: Qarabağ Arena Neftçi ilə oyuna hazır deyil
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, "Qarabağ"ın yeni inşa etdirdiyi stadion Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək "Neftçi" ilə oyunu qəbul etməyə hazır deyil. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" - "Neftçi" matçı "Qarabağ Arena"da keçirilməyəcək. Oraya göndərdiyimiz nümayəndələrimiz təftiş aparıblar. Onu deyə bilərəm ki, arena çox gözəldir. Amma hələ Premyer Liqa oyunlarını qəbul etməyə hazır deyil. Böyük ehtimalla, bu oyun "Dalğa Arena"da keçiriləcək. Ağdamlılar ev oyunlarını öz stadionlarında oktyabrdan etibarən keçirə biləcəklər. Bir daha qeyd edirəm ki, arena çox gözəldir. Orada azarkeşlər, rəhbərlik, qonaqlar üçün çox gözəl şərait yaradılıb. Şəxsən mən hər şeydən razı qaldım. Amma sırf "Qarabağ" - "Neftçi" oyununu qəbul etməyə hələ hazır deyil".
