23 sentyabr 2015 12:00
Hüseynpur Sumqayıta qayıda bilər
"Sumqayıt"ın sabiq futbolçusu Mirzağa Hüseynpur yenidən bu komandaya qayıda bilər. Azerisport.az xəbər verir ki, məşqçilər korpusu da onun geri qayıtmasında maraqlıdır.
Belə ki, futbolçunun hazırlıq səviyyəsi onları qane edib. Çünki Mirzağa təxminən iki həftə "Sumqayıt"ın düşərgəsində hazırlıq keçib. İstisna deyil ki, tərəflər ən azı qışa kimi qısamüddətli bir müqavilə imzalasınlar.
