23 sentyabr 2015 11:45
Yığmamızın futbolçusu 90 dəqiqə oynadı, komandası uduzdu
Almaniya Qərb Regional Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Rot Vays Essen"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 13 xalla 19 klub arasında 9-cu pillədə qərarlaşıb.
