23 sentyabr 2015 11:00
Nazarov oynadı, komandası 1 xal qazandı
Almaniya ikinci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov qarşılaşmanın 85-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 7 xalla 14-cü pillədə qərarlaşıb.
