23 sentyabr 2015 01:00
Elvin Yunuszadə: Coşqun Diniyev özünü atasına göstərməyə borclu idi
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz" üzərində qazandıqları qələbədən danışıb. Azerisport.az saytına açıqlamasında o, 3:2 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Oyuna Reynaldosuz başlamaq çətin olmadı. Qurban Qurbanov elə heyət yaradıb ki, istənilən futbolçunu digər komanda yoldaşı əvəzləyə bilər. Baxmayaraq ki, Reynaldo komandamızın önəmli fiqurlarından biridir. Rəqib qapısına təyin olunmuş ilk penaltini Coşqun Diniyevin yerinə yetirməsinə normal yanaşıram. Çünki o, özünü yaxşı mənada atasına göstərməyə borclu idi. Coşqun vurduğu qoldan əlavə bütövlükdə oyunda da yaxşı təsir bağışladı. Onu bu cür oyun münasibəti ilə də təbrik edirəm".
