23 sentyabr 2015 00:25
Kvekveskiri: Bizim Qarabağ və Qəbələ kimi böyük büdcəmiz, heyətimiz yoxdur
"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskiri Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində AZAL üzərində qazandıqları qələbəni (1:0) şərh edib. Azerisport.az saytına açıqlamsında o, bunları söyləyib:
"Biz çox vacib xallar qazandıq. Rəqib bizə qarşı yaxşı mübarizə apardı. Amma biz sonadək mübarizə apardıq və üç xal qazandıq. Çempionluq şanslarımızdan danışmaq çətindir. Çünki bizim "Qarabağ"la "Qəbələ" kimi böyük büdcəmiz, heyətimiz yoxdur. Çempionluğa aparan yol çox uzun marafondur. Biz də sonadək mübarizəmizi davam etdirəcəyik".
