23 sentyabr 2015 00:15
AFFA AÇ-2016 üçün 6 stadion ayıracaq
AFFA gələn il Azərbaycanda təşkil olunacaq 17 yaşadək futbolçular arasında Avropa Çempionatının final mərhələsinə ev sahibliyi edəcək stadionları müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin oyunları altı stadionda baş tutacaq.
Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika stadionu, "Qarabağ Arena", "Bakcell Arena", "Dalğa Arena" və "Əlincə" stadionudur.
Qeyd edək ki, AÇ-nin final mərhələsi gələn il 5-21 may tarixləri aralığında keçiriləcək.
