23 sentyabr 2015 00:05
Azərbaycan ardıcıl 4-cü dəfə AÇ-nin final mərhələsində!
Futzal üzrə Azərbaycan yığması AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanan 11-ci komanda olub. Azerisport.az xəbər verir ki, millimizdən öncə Avropa çempionatına qrup qalibi kimi Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya, Portuqaliya və Serbiya vəsiqə qazanmışdı. Azərbaycanla yanaşı Qazaxıstan və Çex Respublikası isə pley-off mərhələsində qalib gəlməklə bu hüquqa yiyələnib.
AÇ-yə sonuncu vəsiqənin sahibi Macarıstan - Rumıniya matçında bəlli olacaq. Bu komandalar arasındakı ilk oyunda da qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, Azərbaycan artıq ardıcıl dördüncü dəfədir AÇ-nin final mərhələsinə vəsiqə qazanır. Bundan öncə futzalçılarımız AÇ-2010, AÇ-2012 və AÇ-2014-ün iştirakçısı olmuşdu.
